XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025



Fərid Qayıbov Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ilə tanış olub
Olimpiya oyunları 10:34 / 22.02.2022
Gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən "Azfar Group” minifutbol meydançaları kompleksində Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb. Federasiyanın infrastrukturu ilə tanış olan F.Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxtadək görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.

52642 oxunub

InvestAZ