XƏBƏR LENTİ
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



DÇ-2026-nın final mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
İdman 10:50 / 01.04.2026

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

Olimpiyadunyasi.com xəbər verir ki, bu, pley-off mərhələsinin həlledici görüşlərindən sonra rəsmiləşib. Son olaraq, qitələrarası pley-off finalında Yamaykaya qalib gələn (1:0) Konqo Demokratik Respublikası və Boliviyanı üstələyən (2:1) İraq seçmələri DÇ-2026-da iştirak hüququ əldə edib.

DÇ-2026-nın final mərhələsində iştirak edəcək komandalar

A qrupu:Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya

B qrupu:Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu:Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu:ABŞ, Paraqvay, Avstraliya, Türkiyə

E qrupu:Almaniya, Kurasao, Kot-d'İvuar, Ekvador

F qrupu:Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu:Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu:İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

J qrupu:Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu:Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu:İngiltərə, Xorvatiya, Qana, Panama

I qrupu:Fransa, Seneqal, Norveç, İraq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.


187 oxunub

InvestAZ