XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Azərbaycan Ağırlıqqaldırma Federasiyasına yeni prezident seçilib
Olimpiya oyunları 11:40 / 20.02.2022
Fevralın 19-da Gənclər və İdman Nazirliyində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının ümumi yığıncağı keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
Federasiyanın üzvlərindən Vahid Nəzərov, Elxan Süleymanov, Azad Mustafayev hesabat dövründəki fəaliyyətlə bağlı iradlarını bildirib, təkliflərini səsləndiriblər.
Sonra federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər edilib.
Daha sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib.
Yığıncaqda, həmçinin Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev idarə heyətinin üzvü seçiliblər.
Federasiyanın yeni prezidenti İnam Kərimov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Sonda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.

60973 oxunub

InvestAZ