XƏBƏR LENTİ
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026



Pəhləvanlarımız Avropa çempionatını 13 medalla başa vurdular
İdman 00:15 / 27.04.2026

Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar.

Yarışın sonuncu günündə sərbəst güləşdə beş çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Nurəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə italiyalı Simone Pirodduya uduzub.

Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) məğlub olaraq gümüş medala sahib çıxıblar.

Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək Avropa çempionu olublar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal əldə edib.


118 oxunub

InvestAZ