"Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq yaşamayıb
Pekin-2022 XXIV Qış Olimpiya Oyunları başa çatıb. Olimpiadanın sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib.
Pekin-2022 Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların sayına görə Qış Olimpiya Oyunlarının tarixində yeni rekorda imza atıb. İndiyədək "Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq sevinci yaşamayıb. Norveç Qış Olimpiya Oyunları tarixində ən çox qızıl, o cümlədən ən çox medal qazanan ölkədir.
İkinci yeri 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya tutub. Olimpiadaya ev sahibliyi edən Çin idmançılarının hesabında 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Belə ki, Çin idmançıları indiyədək Qış Olimpiya Oyunlarında bu cür yüksək nəticə göstərməyiblər.
Pekində və yaxınlıqdakı Canciakou şəhərində 13 arenada təşkil olunan yarışlarda 29 ölkənin atletləri 15 idman növü üzrə 109 medal qazanıblar. Çin paytaxtı həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olub. Pekin-2008 Yay Olimpiya Oyunlarında istifadə olunmuş 5 idman arenasında Qış Olimpiya Oyunlarının yarış və tədbirləri keçirilib. Pekindəki məşhur "Quş yuvası” stadionu isə idman tarixinə yay və qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi məkan kimi düşüb.
Pekin-2022 həm də COVID-19 pandemiyası dövründə keçirildiyindən Olimpiya Oyunlarında bəzi məhdudiyyət və qadağalar tətbiq olunub. Olimpiadaya xaricdən tamaşaçı qəbul edilməyib, yerli tamaşaçılara isə bilet satılmayıb. Məhdud sayda yerli tamaşaçı isə dəvətnamə əsasında arenalarda yarışları izləyib. Yanvarın 23-dən etibarən "qapalı sistem” tətbiq olunduğundan idmançıların və heyət üzvlərinin, habelə yarışlara cəlb olunan yerli heyətin Olimpiya kəndləri və yarış məkanlarından kənara çıxmasına icazə verilməyib. Ümumilikdə Olimpiya Oyunları üçün Çinə 13 min 654 nəfər, o cümlədən 6 min 198 idmançı və komanda üzvü gəlib. Pekin-2022 ilə əlaqədar 1 milyon 794 min PZR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb. Nəticədə 437 nəfərin, o cümlədən 185 idmançı və komanda üzvünün COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
15 fevral
Biatlon, Estafet 4x7,5 (Kişilər)
1. Norveç
2. Fransa
3. ROK
Bobsley, cütlük kişilər (Kişilər)
1. Torsten Marqis, Françesko Fridrix
(Almaniya)
2. Florian Bauer, Yohannes Loksner
(Almaniya)
3. Mattias Zommer, Kristof Xafer
(Almaniya)
Dağ xizəyi, sürətli eniş
(Qadınlar)
1. Korin Zuter (İsveçrə)
2. Sofia Qadçia (İtaliya)
3. Nadya Delaqo (İtaliya)
Konkisürmə, izləmələr
üzrə komanda yürüşü
(Qadınlar)
1. Kanada
2. Yaponiya
3. Niderland
Konkisürmə, izləmələr üzrə
komanda yürüşü (Kişilər)
1. Norveç
2. ROK
3. ABŞ
Xizək ikinövçülüyü,
böyük tramplin
1. Yorgen Qrobak (Norveç)
2. Yens Oftebro (Norveç)
3. Akito Batabe (Yaponiya)
Snoubord, biq-eyr
(Qadınlar)
1. Anna Qasser (Avstriya)
2. Zoi Sinnot-Sadovski (Yeni Zelandiya)
3. Kokomo Murase (Yaponiya)
Snoubord biq-eyr (Kişilər)
1. İmin Su (Çin)
2. Mons Roysland (Norveç)
3. Maks Pappo (Kanada)
Fristayl, sloupstayl
(Qadınlar)
1. Matilda Qremo (İsveçrə)
2. Eylin Aylin Qu (Çin)
3. Kelli Sildaru (Estoniya)
16 fevral
Biatlon, estafet 4x6 km
(Qadınlar)
1. İsveç
2. ROK
3. Almaniya
Dağ xizəyi, slalom (Kişilər)
1. Kleman Noel (Fransa)
2. Yohannes Ştrols (Avstriya)
3. Sebastyan Foss-Solevaq (Norveç)
Xizək, komanda, klassik üsul
(Qadınlar)
1. Viktoriya Karl, Katarina Jennik (Almaniya)
2. Maya Dalkvist, Yohanna Sundlinq (İsveç)
3. Natalya Nepryaeva, Yuliya Stupak (ROK)
Xizək, komanda, klassik üsul
(Kişilər)
1. Yohannes Klebo, Valnes Erik (Norveç)
2. İyvo Niskannen, Yoni Miyaki (Finlandiya)
3. Aleksandr Bolşunov, Aleksandr Terentev (ROK)
Fristayl, akrobatika
(Kişilər)
1. Quanpu Çi (Çin)
2. Aleksandr Abramenko (Ukrayna)
3. İlya Burov (ROK)
Fristayl, sloupstayl
(Kişilər)
1. Aleks Holl (ABŞ)
2. Nikolas Qepper (ABŞ)
3. Yesper Tyader (İsveç)
Şort-trek, 1500 m
(Qadınlar)
1. Yon-Min Çxoy (Cənubi Koreya)
2. Ariana Fontana (İtaliya)
3. Syuzanne Shyultinq (Fransa)
Şort-trek, 5000 m estafet (Kişilər)
1. Kanada
2. Cənubi Koreya
3. İtaliya
17 fevral
Dağ xizəyi, kombinasiya (Qadınlar)
1. Mişel Qizin (İsveçrə)
2. Vendi Holdner (İsveçrə)
3. Federika Brinyon (İtaliya)
Konkisürmə, 1000 m (Qadınlar)
1. Miho Takaqi (Yaponiya)
2. Yutta Lerdam (Niderland)
3. Brittani Boui (ABŞ)
Xizək ikinövçülüyü, komanda birinciliyi
1. Norveç
2. Almaniya
3. Yaponiya
Fiqurlu konkisürmə (Qadınlar)
1. Anna Şerbakova (ROK)
2. Aleksandra Trusova (ROK)
3. Kaori Sakamoto (Yaponiya)
Fistayl, ski-kross (Qadınlar)
1. Sandra Neslund (İsveç)
2. Mariel Tompson (Kanada)
3. Daniela Mayer (Almaniya)
Hokkey (Qadınlar)
1. Kanada
2. ABŞ
3. Finlandiya
18 fevral
Biatlon, mass-start, 12,5 km (Qadınlar)
1. Jüstin Brezaz (Fransa)
2. Tiril Ekhoff (Norveç)
3. Marte Royseland (Norveç)
Biatlon, mass-start 15 km (Kişilər)
1. Yohannes Byö (Norveç)
2. Martin Ponsiluoma (İsveç)
3. Syastad-Vetle Kristiansen (Norveç)
Konkisürmə, 1000 m (Kişilər)
1. Tomas Krol (Niderland)
2. Loran Dyubrey (Kanada)
3. Havard Lorensen (Norveç)
Fistayl, ski-kross (Kişilər)
1. Rayan Reqeç (İsveçrə)
2. Aleks Fiva (İsveçrə)
3. Sergey Ridzik (ROK)
Fistayl, hafpayp (Qadınlar)
1. Eylin Aylin Qu (Çin)
2. Keysi Şarp (Kanada)
3. Reyçel Karker (Kanada)
19 fevral
Bobsley, cütlük (Qadınlar)
1. Laura Nolte (Almaniya)
2. Mariama Yamanka (Almaniya)
3. İlana Meyers (ABŞ)
Kerlinq (Kişilər)
1. İsveç
2. Böyük Britaniya
3. Kanada
Konkisürmə, mass-start (Qadınlar)
1. İren Shauten (Niderland)
2. İveyni Blonden (Kanada)
3. Françeska Lollobridcida (İtaliya)
Konkisürmə, mass-start (Kişilər)
1. Bart Svinqs (Almaniya)
2. Von-Çjyo Çun (Cənubi Koreya)
3. Xun-Sın Li (Cənubi Koreya)
Xizək, mass-start, sərbəst üsul (Kişilər)
1. Aleksandr Bolşunov (ROK)
2. İvan Yakimuşkin (ROK)
3. Simen Kryuqer (Norveç)
Fiqurlu konkisürmə, cütlük
1. Xan Çun, Suy Vyonszin (Çin)
2. Vladimir Morozov, Yevgeniya Tarasova (ROK)
3. Aleksandr Qallyamov, Anastasiya Mişina (ROK)
Fristayl, hafpayp (Kişilər)
1. Niko Porteus (Yeni Zelandiya)
2. Devid Uayz (ABŞ)
3. Aleks Ferreyra (ABŞ)
20 fevral
Bobsley, dördlük (Kişilər)
1. Kandi Bauer, Aleksandr Şuller (Almaniya)
2. Florian Bauer, Kristian Rasp (Almaniya)
3. Rayan Zommer, Kemeron Stonus (Kanada)
Dağ xizəyi, komanda yarışları
1. Avstriya
2. Almaniya
3. Norveç
Körlinq (Qadınlar)
1. Böyük Britaniya
2. Yaponiya
3. İsveç
Xizək, mass-start 30 km, sərbəst üsul (Qadınlar)
1. Tereza Yoxauq (Norveç)
2. Cessika Diqqins (ABŞ)
3. Kerttu Niskanen (Finlandiya)
Hokkey (Kişilər)
1. Finlandiya
2. ROK
3. Slovakiya
37539 oxunub