XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Gündəm 15:01 / 30.12.2021
"Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 455-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli və "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2010-cu il 10 iyun tarixli 282 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 455-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.27-ci, 53-1.2-ci (hər iki halda) maddələrində, 53-1.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) və 53-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.0.27-ci, 53-1.2-ci (ikinci halda) və 53-1.4-cü (ikinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 53-1.5-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 53-1.2-ci (birinci halda) və 53-1.4-cü (birinci halda) maddələrində "orqan (qurum)” dedikdə "Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623; 2015, № 8, maddə 909; 2016, № 7, maddə 1254, № 10, maddə 1645; 2017, № 12 (I kitab), maddə 2296; 2018, № 6, maddə 1224, № 7 (I kitab), maddə 1464; 2021, № 6 (I kitab), maddə 571) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə "Qanununun” sözündən sonra "1.0.27-ci,” sözləri əlavə edilsin və həmin bənddə "maddələrində” sözü ", 53-1.2-ci (hər iki halda) maddələrində, 53-1.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) və 53-1.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-1-ci bənddə "58.2-ci maddələrində” sözləri "53-1.3-cü maddələrində, 53-1.4-cü maddəsinin birinci cümləsində, 58.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 2.1-2-ci və 2.1-3-cü bəndlər əlavə edilsin:

"2.1-2. həmin Qanunun 1.0.27-ci, 53-1.2-ci (ikinci halda) və 53-1.4-cü (ikinci halda) maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.1-3. həmin Qanunun 53-1.5-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

2.4. 2.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

"2.19. həmin Qanunun 53-1.2-ci (birinci halda) və 53-1.4-cü (birinci halda) maddələrində "orqan (qurum)” dedikdə "Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;”;

2.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkili və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün zəruri tədbirlər görsün.”;

2.6. 5-ci hissədə "və Vergilər” sözləri "Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 497; 2016, № 9, maddə 1469) 2-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 455-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2021-ci il








29122 oxunub

InvestAZ