XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub
İdman 16:56 / 14.01.2026

Bakıda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyinin və çempionatının açılış mərasimi baş tutub.

Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, qurumun baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva nazirlik tərəfindən idman sahəsində aparılan islahatların əhəmiyyətini qeyd edib. O, bu növ yarışların ölkədə idmanın kütləviliyinin artırılması və yüksək nailiyyətlər üçün sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.

Rəsmi hissədən sonra çempionatın təsnifat mərhələsi başlayıb.


224 oxunub

InvestAZ