XƏBƏR LENTİ
15 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
İdman 23:28 / 14.01.2026
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.
"Fairmont Baku” hotelində keçirilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, Olimpiya, dünya və Avropa çempionları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazibütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən "Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu qonaqları salamlayaraq, ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. O, bu uğurların ölkə idmanının davamlı inkişafının göstəricisi olduğunu qeyd edərək, 2026-cı ildə də Azərbaycan idmançılarının nailiyyətlərinin daha da artacağına böyük ümid bəslədiyini vurğulayıb.
Sonra "Sportsman" jurnalının "Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Mükafatçılar arasında "Olimpiya dünyası” qəzetinin əməkdaşı da yer alıb. Qəzetin əməkdaşı Azər Əlizadə "İlin fotomüxbiri” nominasiyası üzrə "Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb.
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, nominantlara mükafatlar və hədiyyələr təqdim edilib.
202 oxunub

InvestAZ