XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025



7 Olimpiya oyunları, 49 medal və 63-cü yer
Olimpiya oyunları 11:23 / 10.08.2021
Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarından sonra olimpiadalar tarixində qazanılan medalların ümumi sayına görə ölkələrin siyahısı açıqlanıb.
Siyahıda 1896-cı ildən keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan komandalar yer alıblar.
Cədvəldə komandalar turnirdə iştirak etdiyi vaxtda adlandırıldığı kimi göstərilib. Yəni, heç bir komanda fərqli adlanan yığmanın varisi hesab olunmayıb. İlk dəfə 1996-cı ildə ​ Atlantada keçirilən iştirak edən və həmin vaxtdan 7 Olimpiadaya qoşulan Azərbaycan qazanılan medalların sayına görə siyahıda 63-cü yerdədir. İdmançılarımız ümumilikdə 49 medal - 7 qızıl, 14 gümüş və 28 bürünc qazanıblar. İndiyədək 154 komanda aktivinə medal yazdırıb. ABŞ 2636 medalla birinci pillədə qərarlaşıb. SSRİ 1010 medalla ikinci, Böyük Britaniya isə 916 medalla üçüncüdür.

41665 oxunub

InvestAZ