İdman 10:06 / 15.04.2026
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, qitə yarışında ölkəmizi təmsil edəcək yekun heyət açıqlanıb.
Mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.Komandamızı kişilərin yarışında Balabəy Ağayev,Əhməd Yusifov (hər ikisi-60 kq),Turan Bayramov (-66 kq),Hidayət Heydərov (-73 kq),Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi-81 kq),Murad Fətiyev (-90 kq),Zelim Kotsoyev(-100 kq) vəKənan Nəsibov (+100 kq) təmsil edəcək. Qadın heyətində isəKönül Əliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq),Leyla Əliyeva,Gültac Məmmədəliyeva (hər ikisi -52 kq),Südabə Ağayeva (-70 kq) vəMadina Kaisinova (+78 kq) yer alıb.
Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.