XƏBƏR LENTİ
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Dünya idmanı tarixində ən bahalı müqavilə
Maraqlı 13:34 / 20.03.2019

ABŞ beysbolçusu Mayk Traut MLB (Baş Beysbol Liqası) klubu "Los-Anceles Encels" ilə 430 milyon dollar məbləğində 12 illik müqavilə bağlayıb.
Bu, idman tarixinə rekord anlaşma kimi düşüb. Traut ildə 36 milyon dollar alacaq. Onun klubla mövcud sözləşməsi 2020-ci ildə başa çatacaqdı. Bunadək rekord digər beysbolçu Zak Qrinkiyə məxsus olub. Qrinki "Arizona Daymondbeks"də 34,4 milyon dollar qazanır.
27 yaşlı Traut "Los-Anceles Encels"də 2011-ci ildən çıxış edir. O, 7 dəfə MLB-nin bütün ulduzlarının matçında iştirak edib, 2 dəfə Liqanın ən yaxşı oyunçusu sayılıb. 2018-ci ilin iyununda "Forbes" jurnalı boksçu Floyd Meyvezeri ən yüksək ödənişli idmançı sayıb. Meyvezer 2017-ci ildə 285 milyon dollar qazanıb. Lionel Messi (111 milyon dollar) ikinci, Kriştianu Ronaldu (108 milyon dollar) üçüncü yeri tutub.

42693 oxunub

InvestAZ