XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



Kapoeyraçılarımız “Joga Legal” turnirində uğurla yarışırlar
İdman 10:13 / 13.01.2021
Koronavirus pandemiyası ilə əlaqədar idmanın bir çox növləri üzrə yarışlara müəyyən fasilələr verilməsinə baxmayaraq, Azərbaycan Kapoeyra Federasiyasının (AKF) idmançıları solo kapoeyra üzrə onlayn turnirə qatılıblar.

AKF-dən verilən məlumata görə, Ümumdünya Kapoeyra Federasiyası (WCF) tərəfindən videoformatda keçirilən "Joga Legal” adlı yarışda Braziliya, Yaponiya, Portuqaliya və digər ölkələrdən idmançılar çıxış edirlər. AKF-in baş məşqçisi, Məşqçilər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə bu barədə danışaraq deyib: "Komandamız yarışda uğurlu çıxışını davam etdirir. Onlar hakimlərdən ən yüksək xalları alaraq növbəti raundlara yüksəliblər. Bundan əlavə, mən, Zahid Rüstəmbəyov və Oxçu Şahmuradov yarışda beynəlxalq referi kimi fəaliyyət göstəririk.

Hazırda "Boys U-12” qrupunda Cəfər Usubov, "Boys-14” qrupunda isə Əli Tağızadə üçüncü yeri tutublar. Millimizin üzvləri Cavidan Pənahlı, Zülfüqar Zeynallı, Dilqəm İsmayılov və Azər Orucov turnirin finalında mübarizə aparacaqlar.

36069 oxunub

InvestAZ