XƏBƏR LENTİ
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Dördqat Olimpiya mükafatçımız 250 güləşçiyə ustad dərsi keçdi
İdman 22:35 / 31.03.2026

Qadın güləşi üzrə U-17 milli komandamız Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.

Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir. Milli komandanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində bütün yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. O, masterklassda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.

Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.


159 oxunub

InvestAZ