XƏBƏR LENTİ
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021



“İkinci Qarabağ müharibəsinin Şəhid idmançıları” adlı kitab hazırlanır
Olimpiya oyunları 16:48 / 06.01.2021

Professor Dilqəm Quliyev "İkinci Qarabağ müharibəsinin Şəhid idmançıları” adlı kitabın xüsusi buraxılışını hazırlayır.
Bunun üçün İkinci Qarabağ döyüşlərində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş idmançıların döyüş yolundan, şəhid ailəsinin övladları barədə xatirələri, şəhidlərimizin ailəsi və keçdiyi şərəfli döyüş yolu barədə təəssüratları, fotoşəkil olmaqla Dilqəm Quliyevin elektron ünvanına göndərmələri xahiş olunur. [email protected] Tel: 050 488 60 80; 0125648337
Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək ağrılı-acılı yolda idmançıların vətənpərvərlik təşəbbüsü diqqətə layiqdir.
İnsanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında ilkinlərdən hesab olunur. Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Hamımız Ana torpağın üzərində yaşayır və son mənzilmizə kimi ona da tarşırılırıq. Bu da təbiidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. "Dədə Qorqud”da deyildiyi kimi "Torpağı qorumadan, əkib becərməyə dəyməz”, ” Torpağı qoruyarsan Vətən olar, qorumasan kəfən.

Oğul var evdən gedər, oğul var eldən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət vətəndə, ayaqlarının altında, toqquşan qılıncların kölgəsindədir.”

Vətən torpağı bizim səcdəgahımızdır, müqəddəs and yerimizdir. Əsl vətəndaş odur ki, vətənini ürəyi, canı və qanı kimi sevsin, onun hər qarış torpağı üçün özünü fəda etsin. Canını, qanını, ürəyini vətən, onun azadlığı, müstəqilliyi uğrunda qurban verən qəhrəmanlar Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub gedirlər. Biz onlara borcluyuq, biz belə oğullar yetişdirən Vətənimizə borcluyuq. Vətən təkcə torpaq deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə, sabahına da hamımız cavabdehik. Vətəndə doğulmaq, onun torpağında gəzmək, suyundan içmək, çörəyindən yemək hələ vətəndaş olmaq deyil. Uşaqdan tutmuş böyüyə kimi hər bir azərbaycanlı bu gün öz-özündən soruşmalıdır: "Mən vətən üçün nə etmişəm?”.
Ey Vətən övladı! Vətəndaş olmaq üçün yaxşı oxuyub, yaxşı işləyəsən, Vətəni qoruyasan. Ana südü bədənin mayasıdır, Ana dili isə ruhun qidasıdır. Azadlıqda ağacdır, amma onu gərək qanla suvarasan. Hər iki cəbhədə – öndə və arxada qəhrəman qıtlığı çəkən millət bədbəxtdir, məhkumdur. Azərbaycan xalqı o xalqlardan deyil. Təkcə birincı və ikinci Qarabağ müharibəsində Ordu sıralarına könüllü qoşulan və hərbiçi kimi vuruşan idmançı igidlər torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onlardan 5-i Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 67-si Azərbaycan Respublikasının "Vətən uğrunda” medalı və başqa fəxri adlara layiq görülmüşlər.
Birinci Qarabağ müharibəsində 1989-cu ildə arxa cəbhədə "Gənc Vətənpərvərlər Birliyi”nin ADBTİA üzrə dayaq mərkəzi sədri D.Quliyev Azərbaycanın milli qəhrəmanlarının həyatından bəhs edən fotostendlərin hazırlanmasında, həmin qəhrəmanların adına turnirlərin keçirilməsində, şəhid idmançıların ailələrinə yardımın göstərilməsində, bayram günlərinin təntənəli şəkildə qeyd edilməsində və kitabların yazılmasında yaxından köməklik göstərmişdir.
Dilqəm müəllim 1995-ci ildə birinci Qarabağ müharibəsində "Şəhid idmançılar” kitablarının I hissısini yazanda söz vermişdı ki, vaxt gələr işğal olunmuş torpaqlarımız azad olunar, onda Şəhidlərin ruhu şad olsun deyə Qarabağın qələbəsi münasibəti ilə "Şəhid idmançılar” kitabının ikinci hissəsini yazar. Allah bu günü Dilqəm müəllimə nəsib etdi. Şəhidlərimizin ruhu şad oldu.
Şəhidlərimiz torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandılar. Şəhidlər ölmürlər, şəhid olurlar yaşamaq üçün. Allah şəhidlərimizə rəhmət eləsin!
Vətənimizin yeni şanlı tarixi yazılır bu günlər. Son sözü Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsi kimi Azərbaycan ordusu dedi! Fərəhli haldır ki, biz bu şanlı tarixin canlı şahidləriyik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində dediyi kimi, 27 sentyabr tarixindən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq, şəhidlərimizin qanı bahasına qazanılan qələbələr qələmə alınacaq.
Məhz Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətinə əsacən Dilqəm Quliyevin yeni nəşrə hazırlanan "II Qarabağ müharibəsinin Şəhid idmançıları” adlı kitab əvvəlki nəşrlərdən fərqlənəcək. İndiyə qədər çap edilən kitablarda şəhid idmançılarımız haqda ensiklopedik məlumatlar verilirdi, bu kitabda isə qələbə zəfərli şəhidlərimiz haqda məlumatları geniş şəkildə onların şəkilləri ilə veriləcək.
44 günlük müharibədə qazandığımız qələbəyə görə bundan sonra yaşadığımız ömrümüzü şəhidlərimizə borcluyuq.
Üzümüzü Şəhid valideynlərə tutub deyirik: "Şəhid anaları, şəhid ataları! Narahat dünyamızın ən müqəddəs insanları sizsiniz. Ən qeyrətli oğullarımız – torpaq uğrunda şəhid olmağı bacaran övladlar sizin südünüzlə, çörəyinizlə, tərbiyənizlə böyüyüb Vətənin dar günü üçün dayaq olublar. Qeyrətli oğullarımız tək sizin deyil, Azərbaycan xalqının övladlarıdır. Onların şərəfli adları əsrlər boyu xalqımızın hafizəsində yaşayacaqdır.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi İkincı Vətən Müharibəsində Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad etdik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq! Zəfər haqqın tərəfində oldu. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çaldıq!.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!.

1284 oxunub

InvestAZ