Cüdo üzrə yeniyetmə qızlardan ibarət yığmanın üzvləri üçün sosial media təlimi keçirilib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ACF-in rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında baş tutan təlimin məqsədi sosial mediada məsuliyyətli davranış, media qarşısında özünü doğru ifadə etmək və milli komandanın imicini qorumaq olub.
Təlim zamanı şəxsi hesabların idarə edilməsi, paylaşım mədəniyyəti, etik qaydalar, şərhlərə və tənqidə düzgün reaksiya, yanlış məlumatların yayılmasının qarşısının alınması, eləcə də federasiyanın kommunikasiya prinsiplərinə uyğun məzmun paylaşımı ilə bağlı tövsiyələr verilib.
Bundan əlavə, idmançının rəqəmsal imicinin karyera və komanda nüfuzuna təsiri barədə də fikir mübadiləsi aparılıb.
512 oxunub