XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



İslam Həmrəyliyi Oyunlarının proqramı açıqlandı
Olimpiya Hərəkatı 16:17 / 04.01.2021

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında idman növlərinin tam siyahısı dəqiqləşib. 2021-ci il sentyabrın 10-dan 19-dək keçiriləcək multi-idman yarışında 20 növ üzrə qaliblər müəyyənləşəcək. 56 ölkədən 3 minə yaxın idmançının iştirak edəcəyi Konya-2021-in proqramına atletika, badminton, basketbol 3x3, velosiped idmanı (trek və şose), gimnastika (aerobika və idman), futbol, güləş (sərbəst və yunan-Roma), ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, taekvondo, voleybol, üzgüçülük, qılıncoynatma, oxatma, ənənəvi oxatma və bocce daxildir.

Qeyd edək ki, bundan əvvəlki İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Bakıda keçirilib.


68803 oxunub

InvestAZ