XƏBƏR LENTİ
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Tokio-2020: idmançılar iki həftəlik karantin rejimindən azad ediləcəklər
Olimpiya oyunları 11:24 / 04.09.2020
Yaponiya hökuməti Tokio Olimpiadasında iştirak etmək üçün ölkəyə gələcək idmançılara Olimpiadadan əvvəl iki həftəlik karantin rejiminin tətbiq edilməməsi üçün bəzi variantları nəzərdən keçirməyə başlayıb. Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Yaponiya rəsmiləri hazırda koronavirusun yayılmasının qarşısını almaq üçün istifadə olunan təcridetmənin idmançılara mənfi təsir edə biləcəyini düşünürlər. Bununla əlaqədar koronavirusa qarşı tədbirlər üzrə Olimpiya və hökumət rəsmilərindən ibarət işçi qrup ilk iclasını keçirəcək. Sessiyada sərhəd nəzarəti, virusun profilaktikası və pandemiyaya cavab tədbirləri müzakirə
olunacaq. Bundan əlavə, işçi qrup yarış zamanı idmançıların və məmurların hərəkətlərini izləmək üçün yeni mobil tətbiqetmə imkanlarını nəzərdən keçirəcəklər. Oyunlar zamanı ölkəyə giriş və çıxış prosedurunda koronavirusla bağlı götürülən testin nəticəsi əsas tələblərdən biri olacaq.
Qarşıdakı məsləhətləşmələr zamanı Yaponiya tərəfi Olimpiadadan əvvəl idmançılar üçün təlim-məşq toplanışı qaydalarını da hazırlamaqla bağlı müzakirələr aparacaq. Gündəmdə digər mövzular arasında yoluxma sayında artımın öhdəsindən gəlmək üçün xəstəxanalarda yer çatışmazlığı və idman müəssisələrində atletlərin sağlamlığının yoxlanılması üçün yerlərin təşkil edilməsi də var. Pandemiya səngiməsə, işçi qrupun stadionlarda tamaşaçı sayını azaltmaq variantını da müzakirə edəcəyi gözlənilir.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

62260 oxunub

InvestAZ