XƏBƏR LENTİ
14 İyul 2020
13 İyul 2020
12 İyul 2020
11 İyul 2020



Federasiya rəhbəri bütün suallara aydınlıq gətirib
İdman 22:18 / 22.05.2020
Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin videokonfrans formatında iclası keçirilib. Virtual yığıncaqda cari məsələlər müzakirə olunub, bir sıra yeni qərarlar verilib.
EKF-in prezidenti Antonio Espinos dünyada məlum Covid-19 pandemiyası səbəbindən karate idmanında da müəyyən dəyişikliklərə getməyin məcburi olduğunu söyləyib. O, bu amillərin karatenin inkişafına müəyyən təsirləri olsa da, işlərin davam etdiyini nəzərə çatdırıb.
Hakimlər Komitəsinin sədri Xavier Eskalante rəhbərlik etdiyi təşkilatın 9 nəfərlik heyətində dəyişiklik edildiyini və beynəlxalq hakim və əməkdar məşqçi Cahangir Babayevin Hakimlər Komitəsinə üzv təyin oldunduğunu bildirib. EKF-in prezidenti A.Espinos bu ilin martında Bakıda Covid-19 pandemiyası səbəbindən ləğv olunan böyüklər arasında 55-ci Avropa çempionatının Olimpiya təsnifatı statusunun 2021-ci ilin mayında İsveçin Geteborq şəhərində keçiriləcək analoji yarışa verildiyini açıqlayıb. Onun 2022-ci ildə Avropa çempionatının Bakıda təşkil edilməsi təklifi EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tərəfindən müsbət qarşılanıb.
Dünya Karate Federasiyasının (WKF) videokonfrans formatlı iclasında isə qarşıdakı Yay Olimpiya Oyunları ilə bağlı dəyişiliklər müzakirə olunaraq qərarlar qəbul edilib. Təsnifat formatında ciddi dəyişiklik etməyən WKF, Olimpiadanın bir il sonraya keçirilməsi ilə əlaqədar Olimpiya vəsiqəsi qazanan idmançıların elan olunması vaxtının və lisenziya turnirlərinin təqvimində dəyişiklilər edib. Martda xüsusi olimpiya reytinqi üzrə olimpiadada iştirakı təsdiqlənən idmançılar cədvəlin hazırkı mövqeyində qalacaq və qarşıdakı lisenziya mərhələlərində tutduqları yeri möhkəmlətməkdə davam edəcəklər. Yekun siyahı 2021-ci ilin mayında xüsusi təsnifat turnirindən sonra açıqlanacaq. Təsnifat yarışlarından Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin təşkili 2021-ci ilin aprel ayına nəzərdə tutulub. Təsnifat yarışlarının tarixləri ilə bağlı yekun qərar pandemiyanın vəziyyəti ilə əlaqədar olaraq bu ilin son kvartalında dəqiqləşdiriləcək.
​ WKF İdarə heyəti həmçinin bu ilin payızında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində planlaşdırılan böyüklərin Dünya çempionatının gələn ilin noyabrında keçirilməsini qərara alıb. Gələn il Türkiyədə nəzərdə tutulan Gənclərin Dünya çempionatı isə növbəti ilə keçirilib.
Bu dəyişikliklərə münasibət bildirən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov qeyd edib ki, məlum səbəblərdən martda ləğv olunan Bakı-2020 Olimpiya təsnifatlı qitə çempionatını yüksək səviyyədə təşkil etməyə Azərbaycanın hər zaman hazır olması və 2021-ci ildə Bakıda keçirilməsi ilə bağlı EKF-ə rəsmi müraciət ediləcək. "Bundan başqa bildiyiniz kimi EKF 2022-ci ildə Azərbaycana bir daha etimad göstərərək Avropa çempionatının Bakıda keçirliməsini təklif etdi. Təbii ki, biz bu təklifi qəbul etdik. Qarşıda gərgin işlərimiz davam edəcək.”
​ O, həmçinin C.Babayevin qitənin 9 hakimindən ibarət EKF Hakimlər Komitəsinə üzv seçilməsini Azərbaycan karatesinin uğurları kimi dəyərləndirildiyini bildirib. Y.Bəşirov bəzən ölkə mediasında karate ilə bağlı qeyri-dəqiq məlumatlara rast gəlindiyini və idmançıların nəticələri ilə yanaşı federasiyanın fəaliyyətinə kölgə salan belə informasiyaların AMKF-lə razılaşdırılmadan ictimailəşdirilməsinin yaxşı hal olmadığını söyləyib. Federasiya rəhbəri deyib: "Olimpiya təsnifat cədvəli olduğu kimi qalır, milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretska çox böyük ehtimalla lisenziyalarını təmin ediblər. Bundan sonrakı yarışlarda çətin ki, reytinq cədvəlində geridə olan idmançılar onlara çatsınlar. Sadəcə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qarşıdakı Yay Oyunları bir il sonraya keçirilməsi,​ WKF-də​ açıqladığı Olimpiya iştirakçılarının siyahısını həmin müddətə keçirməyi qərara alıb. Digər idmançılarımızın da olimpiada iştirakçıları arasına düşmə şansları var, bu xüsusi təsnifat turnirində məlum olacaq.”
​ ​ ​ ​ 
​ Sənan Məhərrəmov,
​ ​ ​ ​ ​ ​ ​ Media və İctimaiyyətlə İşlər katibi​


1609 oxunub

InvestAZ