XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Koronavirus Qış Olimpiya Oyunlarının hazırlıqlarına təsir göstərməyib
Olimpiya Hərəkatı 19:07 / 15.05.2020

Koronavirus pandemiyası 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıqlara təsir göstərməyib.

TASS informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.
O, qeyd edib ki, Pekində 2022-ci ildə baş tutacaq Qış Olimpiya Oyunlarına hazırlıq çox yaxşı gedir. Qış idman növləri üzrə beynəlxalq federasiyaların iştirakı ilə koordinasiya komissiyasının növbəti iclası iyunda keçiriləcək. Pekinə BOK tərəfindən göstərilən dəstək davam edəcək.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının Pekində 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.


57849 oxunub

InvestAZ