Adil Qeybulla: "Karantin rejiminin tələblərinə ciddi əməl olunmalıdır”
Son günlər ölkəmizdə koronavirusdan sağalanrın sayı xəstəliyə tutulanların sayından kəskin şəkildə artmaqdadır. Özlüyündə olduqca sevindirici olan bu tendensiya karantin tədbirlərinin nə dərəcədə faydalı olduğunu göstərir. Lakin vəziyyətin müsbətə doğru dəyişməsi bəzi insanlarda psixoloji arxayınlıq yaratmaqda, onların gigiyenik qaydalara əvvəlki ciddiyyətlə əməl etməməsinə səbəb olmaqdadır. Bəs arxayılnlıq üçün yetərincə əsas varmı? Həqiqətənmi yoluxanların sayının azalması, koronavirusdan sağalanların sayındakı artım sosial izolyasiya tədbirlərini gözardı etməyə əsas verə bilər?
Professor Adil Qeybulla hələ ki, arxayınlıq üçün əsas olmadığını vurğuladı:
"Karantin tədbirləri mayın 4-ə qədər uzadılıb. Bu, onu göstərir ki,epidemioloji vəziyyət situasiyanı yüngülləşdirməyə imkan vermir. Ona görə də arxayınlaşmaq olmaz. Ortada müsbət dinamika mövcuddur. Görülən tədbirlər nəticə verməyə başlayıb. Bununla razılaşmaq lazımdır. Lakin bu, o demək deyil ki, karantin dayanmalıdır. Karantin tədbirləri dabam etdiriləcək. Əgər bu müsbət dinamika davamlı şəkildə gedəcəksə, o zaman may ayının 4-də sosial izolyasiya tədbirlərində müəyyən yumşalmalar ola bilər. Hər şey situasiyadan asılıdır. Epidemioloji vəziyyətin həmin dövrdə dəyərləndirilməsindən asılı olaraq, karantin dövrünün uzadılıb-uzadılmasına qərar veriləcək.
İnsanlar səbirsizlik göstərirlər. Karantin qaydalarını pozurlar. Xeyli cərimə olunanlar var. Bu tədbirlərin əhəmiyyətini başa düşmək lazımdır. Bu gün prosesdə müsbət dinamika varsa, bu, karantin tədbirləri hesabınadır.Ona görə də karantin rejimin tələblərinə ciddi əməl etmək lazımdır”
40302 oxunub