İslamiada: Daha bir qılıncoynadanımız bürünc medala sahib çıxdı
İdman 21:39 / 17.11.2025
Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunaları çərçivəsində keçirilən qılıncoynatma yarışlarında daha bir medal qazanıb.
Olimpiyadunyasi.com xəbər verir ki, bu uğura qılıncoynatmanın sablya növündə çıxış edən Polina Kaspiarovic nail olub. Yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olan idmançımız bürünc medala layiq görülüb.
Qeyd edək ki, daha əvvəl digər qılıncoynadanımız Vahab Fətullayev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
368 oxunub