Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Bu gün millimizi daha bir üzvü uğurla çıxış edərək finala vəsiqə qazanıb. Təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) yarımfinalda Qırğıstan idmançısı Sezim Zumanazarovaya qalib gələrək adını finala adını yazdırıb. Digər qadın idmançımız Elnurə Məmmədova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçimiz Murad Əhmədəliyev (97 kq) də finala vəsiqə qazanmışdı.
224 oxunub