XƏBƏR LENTİ
02 İyul 2020
01 İyul 2020
30 İyun 2020
29 İyun 2020
28 İyun 2020



Tokio-2020-də iki idman növü üzrə yarışların vaxtı isti havaya görə dəyişib
Olimpiya oyunları 18:01 / 06.12.2019

2020-ci il Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsi isti havaya görə iki idman növü – triatlon və atçılıq idmanı üzrə yarışların keçirilməsi vaxtının dəyişdiyini elan edib. Bu barədə məlumatı Təşkilat Komitəsinin mətbuat xidməti yayıb.
Triatlon üzrə kişilər və qadınlar arasında keçiriləcək fərdi yarışlar əvvəllər nəzərdə tutulduğu kimi yerli vaxtla saat 07:30-da deyil, 06:30-da başlayacaq. Qarışıq estafet yarışlar isə bir saat gec - 07:30-da start götürəcək. Kişilərin yarışının iyulun 27-də, qadınların isə iyulun 28-də keçirilməsi nəzərdə tutulub. Qarışıq estafet yarışları avqustun 1-də keçiriləcək.
Təşkilat Komitəsi atçılıq idmanı yarışlarının da bir saat tez – 07:30-da keçirilməsini təsdiq edib. Triatlon və atçılıq idmanı üzrə yarışların vaxtının dəyişdirilməsi Beynəlxalq Olimpiya Komitəsi (BOK) və müvafiq federasiyalarla birlikdə müzakirə olunub. Bu təklifin təsdiq olunması isə dekabrın 3-dən 5-dək Lozannada keçirilən BOK İcraiyyə Komitəsinin iclasında həyata keçirilib.
BOK bundan öncə də qızmar havalar səbəbindən Olimpiadada marafon və idman yerişi yarışlarının paytaxt Tokiodan şimaldakı Sapporo şəhərinə köçürülməsi barədə qərar qəbul edib.
ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Yaponiyanın paytaxtında keçiriləcək. Yarışların təşkilinə 2 trilyon yen (17,8 milyard dollar) xərclənməsi nəzərdə tutulub.

6833 oxunub

InvestAZ