XƏBƏR LENTİ
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



Qrossmeysterimiz “Grand Chess Tour 2019” turnirində mübarizə aparır
İdman 13:01 / 08.11.2019

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı "Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb. Şahmatçımız dördüncü turda amerikalı Uesli Soya məğlub olub, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyanla heç-heçə edib. Qeyd edək ki, idmançımız ilk üç turda bütün qarşılaşmalarda "sülh”ə razılaşıb. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.
Noyabrın 8-dək davam edəcək rapid yarışından sonra, ayın 9-10-da blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, "Grand Chess Tour 2019” turnirinin ilk mərhələsi Abican, sonrakı mərhələləri Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Londonda isə noyabrın 30-dan dekabrın 10-dək final seriyanın matçları keçiriləcək.


46872 oxunub

InvestAZ