XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Macarıstan yığmasına 15 min uşaq stadionda azarkeşlik edəcək
İdman 12:40 / 09.10.2019

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununu stadionda 15 minə yaxın uşaq izləyəcək. Macarıstan Futbol Federasiyası "Qroupama Arena”da keçirləcək oyunu 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib.
UEFA daha öncə Macarıstan millisinə bir oyunluq cəza verib, buna baxmayaraq, 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya 5 gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu vəziyyətə görə stadionun qapıları daha erkən açılacaq.
Qeyd edək ki, Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərara əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.
Əlavə edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan yığmasının qonağı olacaq.

24615 oxunub

InvestAZ