XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



BOK-un üzvü: “İdmançılara ən yaxşı imkan yaratmaq üçün əlimizdən gələni edəcəyik”
Olimpiya oyunları 17:15 / 04.09.2019

Beynəlxalq Olimpiya Komitəsi (BOK) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan boks yarışlarının keçiriləcəyi barədə məlumat yayıb.
Gələn ilin fevral-may aylarında dörd qitə turniri və ümumi seçmə yarış təşkil ediləcək. Yarışların nəticələrinə görə boksçular XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edəcəklər.
BOK-un üzvü Morinari Vatanabe deyib: "Təsnifat yarışları Olimpiya Oyunlarında iştirak etmək üçün ədalətli və şəffaf bir yoldur. Bütün Milli Olimpiya komitələri eyni səviyyədə bu imkandan istifadə edə biləcəklər. Boks üzrə təsnifat yarışlarını yüksək səviyyədə keçirmək və idmançılara ən yaxşı imkan yaratmaq üçün əlimizdən gələni edəcəyik”.
Asiya və Okeaniya üzrə təsnifat yarışları gələn il fevralın 2-14-də Çində, Afrika üzrə fevralın 20-29-da Seneqalda, Avropa üzrə martın 13-23-də Böyük Britaniyada və Amerika üzrə isə martın 26-dan aprelin 3-dək Argentinada təşkil olunacaq. Ümumi seçmə yarışlara isə mayın 13-24-də Fransa ev sahibliyi edəcək.

51969 oxunub

InvestAZ