XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izlədilər
İdman 22:12 / 11.03.2026

Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izlədilər

Martın 11-də Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana ölkəmizə səfər ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində beynəlxalq kanoe təşkilatlarının rəhbərləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olublar. Qonaqlara federasiyanın inzibati binasındakı iş şəraiti ilə bağlı məlumat verilib.

Daha sonra Tomas Konyetsko və Jan Zunqrana yerli federasiyanın nümayəndə heyəti ilə birgə bulvar ərazisində fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe İdman klubuna baş çəkiblər. Bazadakı məşq şəraiti ilə tanış olan qonaqlar avarçəkənlərin Xəzər dənizindəki gündəlik məşqlərini izləyiblər.


246 oxunub

InvestAZ