İdman 12:30 / 03.03.2026
Martın 4-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu "Adriatik incisi” beynəlxalq turniri start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Turnirdə Aydın Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Vüsal Xəlilov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Renat Qiyaslı (75 kiloqram), İsmayıl Vəliyev (80 kiloqram), Heydər Əzməmmədov (85 kiloqram), Zaur Səmədov (90 kiloqram) və Səfdər Məmmədzadə (+90 kiloqram) qüvvəsini sınayacaq.
"Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.