XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



AVRO-2029: Millimiz bu gün Şimali Makedoniya yığması ilə qarşılaşacaq
İdman 16:09 / 02.03.2026

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şimali Makedoniya yığmasını qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 6 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.


150 oxunub

InvestAZ