XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



Paris-2024-ün medalları yenisi ilə əvəz olunur
İdman 17:06 / 25.02.2026

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

 

Olimpiyadunyasi.com Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən "Chaumet” zərgərlik evinə müraciət edib. 

 

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. 

 

Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb. 

 

Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq. 

 

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək. 

 

Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.

 


122 oxunub

InvestAZ