XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



“Qarabağ” dünya reytinqində 71-cidir
İdman 12:05 / 25.02.2026

Azərbaycanın "Qarabağ” klubunun dünya reytinqində mövqeyi açıqlanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrü əhatə edən siyahını təqdim edib.

Reytinqdə Qurban Qurbanovun komandası 768,75 xal toplayaraq 71-ci mövqedə qərarlaşıb.

Azərbaycanın digər klublarından "Neftçi” 300 xalla 375-ci, "Zirə” 290,5 xalla 399-cu, "Sabah” isə 283,25 xalla 411-ci sırada yer alıb.

Siyahının ilk pilləsində İspaniyanın "Real Madrid” klubu (1753 xal) qərarlaşıb.


202 oxunub

InvestAZ