XƏBƏR LENTİ
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
İdman 12:20 / 19.02.2026

Fevralın 27-28-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə avarçəkmənin akademik, kayak və kanoe növləri üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, Mingəçevirdə, "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarış handikap sistemi üzrə olacaq. İdmançılar fərdi olaraq bir nəfərlik qayıqlarla akademik avarçəkmədə 4000 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət edəcəklər. Qaliblər vaxt göstəricilərinə əsasən müəyyənləşəcək.

Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 idmançı mübarizə aparacaq. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Fərqlənən idmançılar Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr ediləcək  "Prezident Kuboku-2026” və digər beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək komandanın heyətinə cəlb olunacaq.


106 oxunub

InvestAZ