XƏBƏR LENTİ
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



UEFA “Qarabağ”a Avropa Liqasındakı çıxışına görə nə qədər ödəniş edib?
İdman 12:48 / 13.02.2026

"Qarabağ”ın ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.

Bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.

Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro gəlir əldə edib. Bunun 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib. "Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun sıralamaya əsasən isə 75 min avro alıb.


159 oxunub

InvestAZ