XƏBƏR LENTİ
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları müəyyənləşdi
İdman 15:26 / 13.02.2026

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti mərhələyə yüksəliblər. Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.

Qeyd edək ki, şahmat üzrə Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Partiyalar hər gün saat 15-00-da başlayır.


159 oxunub

InvestAZ