XƏBƏR LENTİ
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



BOK ukraynalı idmançını olimpiadadan uzaqlaşdırıb - FOTO
İdman 12:19 / 12.02.2026

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ukraynalı skeletonçu Vladislav Geraskeviçi Olimpiya Xartiyasına zidd olan dəbilqə geyindiyinə görə Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarından kənarlaşdırıb.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb. "Ukraynalı Skeletonçu Vladislav Geraskeviç idmançının geyim görünüşü ilə bağlı BOK qaydalarına riayət etmədiyinəgörə XXV Qış Olimpiadasından kənarlaşdırılıb. Qərar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) münsiflər heyəti tərəfindən quruma təqdim olunub.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna görə də idmançının akkreditasiyasını ləğv etmək qərarına gəlib. BOK ilə Geraskeviç arasında çoxsaylı fikir mübadiləsinə və şəxsi görüşlər keçirilib. BOK prezidenti Kirsti Koventri ilə görüşdə məsələ öz həllini tapmayıb", - deyə Təşkilatın açıqlamasında deyilir.
Məlumat üçün bildirək ki, Geraskeviç Olimpiadada ilk çıxışı zamanı üzərində Ukrayna-Rusiya müharibəsi zamanı həytanını itirən idmançıların şəkili olan dəbilqədən istifadə edib.


314 oxunub

InvestAZ