XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Olimpiya Oyunlarında sürpriz “iştirakçı” - it xizəksürmə yarışında 
İdman 20:18 / 11.02.2026

Milan-Kortina-2026 Qış Olimpiya Oyunları təkcə idman mübarizəsi ilə deyil, həm də qeyri-adi anlarla diqqət mərkəzinə düşür.

Olimpiyadunyasi.com xəbər verir ki, xizəksürmə üzrə yarışların birində gözlənilməz hadisə baş verib. Belə ki, yarışın davam etdiyi anda yarış medydançasına it daxil olaraq sürətlə hərəkət etməyə başlayıb.

Yarış zamanı yaşanan bu maraqlı məqam televiziya yayımını həyata keçirən rejissorların da diqqətindən yayınmayıb. Hadisə dərhal kameralar vasitəsilə qeydə alınıb və canlı yayımda tamaşaçılara təqdim olunub.

Qısa müddət davam edən bu epizod Olimpiya Oyunlarının maraqlı anları sırasında yer alıb.


181 oxunub

InvestAZ