XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



"Qarabağ" Bakıda "Ayntraxt" üzərində əzmkar qələbə qazandı
İdman 23:48 / 21.01.2026
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Bakıda Almaniyanın  "Ayntraxt” klubu ilə qarşılaşıb. 
Olimpiyadunyasi.com xəbər verir ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb -3:2. Qurban Qurbanovun komandasının heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.
Bu nəticədən sonra "Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik "Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.
Ağdam təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində sonuncu matçını yanvarın 29-da İngiltərədə "Liverpul” klubuna qarşı keçirəcək.

4197 oxunub

InvestAZ