XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunu təbrik edib
İdman 01:03 / 22.01.2026

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında "Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.

 

Olimpiyadunyasi.com xəbər verir ki, paylaşımda deyilir:

 

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! 

 

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. 

 

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”.


3733 oxunub

InvestAZ