XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb
İdman 16:56 / 21.01.2026

Azərbaycan Güləş Federasiyası (AGF) yeni layihəyə start verib.

AGF-dən verilən məlumata görə,bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış yanvarın 7-11-də Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Qeyd edək ki, bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydaları ilə bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.


2863 oxunub

InvestAZ