Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Ardınca kubokda mübarizə aparacaq komandalar haqqında videoçarx nümayiş olunub.
Sonra isə püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, "Abşeron", "Sabah", "Ordu" və "Gəncə” komandaları mübarizəyə 1/4 finaldan başlayacaqlar.
1/8 finalda isə aşağıdakı komandalar qarşılaşacaqlar:
"Şəki” - "Sərhədçi”
"Neftçi” - "Lənkəran”
NTD - "Sumqayıt”
"Naxçıvan” - "Quba”
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarının gələn il yanvarın 13-14-də keçirilməsi nəzərdə tutulub. 1/4 final matçları isə fevralın 18-22-də təşkil olunacaq.
273 oxunub