Sağlam həyat tərzinin təbliği istiqamətində seminar və ustad dərsləri təşkil olunub
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhəri V.Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseyin şagirdləri ilə sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmana cəlb olunması istiqamətində seminar və ustad dərsləri təşkil olunub.
Seminarda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev, Azərbaycan Kapoeyra Federasiyasının Lənkəran-Astara regionunun nümayəndəsi Tural Şirməmmədov və məktəbin kollektivi iştirak ediblər.
Tural Şirməmmədov kapoeyra idman növünün tarixindən, bu idman növünün insan sağlamlığı üçün əhəmiyyətindən danışıb və kapoeyra üzrə nümunəvi çıxışlar göstərib.
Ardınca video-çarxlar nümayiş etdirilib və şagirdləri daha çox düşündürən suallara idmançı qonaq tərəfindən ətraflı cavablar verilib.
249 oxunub