Dekabrın 22-də Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Federasiyanın baş katibi Ramil Hacıyev Azərbaycan Badminton Federasiyasında 2022-2025-ci illər ərzində görülən işlər haqqında məlumat verib. Azərbaycan Badminton Federasiyasının prezidentinin idman məsələləri üzrə müşaviri Əjdər Cəfərov isə badmintonda kütləviliyin artırılması ilə bağlı böyük layihələrin həyata keçirildiyini bildirib. Daha sonra Azərbaycan Badminton Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinə üzv seçiliblər.
Sonda federasiya prezidenti Taleh Ziyadov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.
307 oxunub