Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar İdarəsinin müdiri təyin edilib.
Olimpiyadunyasi.com xəbər verir ki, o, 2016-cı ildən MOK-da fəaliyyət başlayıb. Olimpiya Həmrəyliyi çərçivəsində beynəlxalq proqramların planlaşdırılması və icrasında fəal iştirak edib, milli idman federasiyaları, beynəlxalq idman təşkilatları və digər tərəfdaşlarla birgə işgüzar fəaliyyət göstərib.
Ceyhun Rəhmanov Azərbaycan nümayəndə heyətinin tərkibində Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalları (EYOF) və İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş, komanda idarəçiliyi və beynəlxalq koordinasiya sahəsində fəaliyyət göstərmişdir.
O, ali təhsilini Almaniyanın Köln şəhərində yerləşən İdman Universitetində davam etdirərək Olimpiya Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. Bundan əlavə, İsveçrənin Lozanna şəhərində təhsil alaraq idman inzibatçılığı üzrə beynəlxalq idman direktoru sertifikatını da əldə etmişdir.
Ceyhun Rəhmanov 2025-ci ilin aprel ayından etibarən Azərbaycan Cüdo Federasiyasında proqramlar üzrə menecer vəzifəsində çalışmış, idman, təhsil və inkişaf layihələrinin icrasında fəal iştirak etmişdir.
277 oxunub