Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə bir qrup media nümayəndəsi "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Olimpiyadunyasi.com xəbər verir ki, təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də milli mətbuatın inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər. Mükafatlandırılanlar arasında Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, "Əməkdar jurnalist” Murad Fərzəliyev və baş redaktorun müavini, "Əməkdar jurnalist” Aslan Şirəliyev də yer alıb. Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilib və dövlət başçısının jurnalist əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Həmkarlarımızı təbrik edirik!
428 oxunub