İspaniyalı tennisçi Bernabe Sapata-Miralles 28 yaşında peşəkar tennis karyerasını başa vurub. "Əziz dostlar, peşəkar tennisi tərk etmək qərarına gəldim. Tennis çox zəhmət tələb edir. Hərdən insan özünü unudur və aqerssiv hərəkətlərə yol verir. Həyatımda mənə aid olanları qurban verməyə hazır deyiləm", - deyə Zapata-Miralles sosial media səhifəsində yazıb.
Məlumat üçün bildirək ki, ispaniyalı tennisçinin ATP-də ən yüksək nailiyyəti 2022-ci il Fransa Açıq Turnirində dördüncü yer olub. O, 2023-cü ildə karyerasının ən yüksək reytinqinə - dünyada 37-ci yerə yüksəlib.
180 oxunub