XƏBƏR LENTİ
17 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025



"McLaren" ardıcıl olaraq bu il də birincidir
İdman 17:43 / 17.12.2025
"RacingNews365" portalı  Formula 1 komandalarının Konstruktorlar Çempionatındakı mövqelərinə görə çempionatın ümumi gəlirindən aldıqları bonus məbləğlərini hesablayıb. Məlum olub ki, 2025-ci ildə ümumi mükafat fondu 1,25 milyard dollar, Formula 1 gəliri isə 3,7 milyard dollar təşkil edib. Çempion komanda olan "McLaren" 176 milyon dollar mükafat qazanıb. Məlumatda qeyd olunur mükafat fondu son bir ildə artıb. Belə ki, 2024-cü il mövsümünün sonunda Konstruktorlar Çempionatının qalibi olan "McLaren" 161 milyon dollar qazanıb.
 
 2025-ci ildə Formula 1 komandalarının mükafat fondu:
 
1. McLaren - 176 milyon dollar
2. Mercedes - 164 milyon dollar
3. Red Bull - 152 milyon dollar
4. Ferrari - 141 milyon dollar
5. Williams - 130 milyon dollar
6. Racing Bulls - 119 milyon dollar
7. Aston Martin - 107 milyon dollar
8. Haas - 96 milyon dollar
9. Kick-Sauber - 85 milyon dollar
10. Alpine - 75 milyon dollar

292 oxunub

InvestAZ