XƏBƏR LENTİ
12 Dekabr 2025
11 Dekabr 2025
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025



Basketbol Liqası: "Quba" və "Sərhədçi"dən qələbə
İdman 23:28 / 11.12.2025

Bu gün Azərbaycan Basketbol Liqasında IX turun oyunlarına start verilib.

Turun ilk oyun günündə iki qarşılaşma təşkil olunub. Günün ilk oyunu Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. "Lənkəran" klubu doğma meydanda "Quba"nı qəbul edib. Müaraqlı mübarizə şəraitində keçən oyun "Quba" komandasının qələbəsi ilə yekunlaşıb -87:95.

Günün ikinci qarşılaşması isə Bakıda, "Sərhədçi" İdman Mərkəzində təşkil olunub. B qrupunda yer alan "Naxçıvan" klubu "Sərhədçi" ilə üz-üzə gəlib. Oyun birincilərin 90:74 hesablı qələbəsi ilə yadda qalıb


171 oxunub

InvestAZ