XƏBƏR LENTİ
12 Dekabr 2025
11 Dekabr 2025
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025



Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib
İdman 22:39 / 11.12.2025

Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialına yekun vurulub.

Konqres Mərkəzində təşkil olunan turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparıb.

Yekunda 13 xal toplayan Yan Nepomnyaşi (FIDE) memorialın qalibi olub. Vladimir Fedoseyev (Sloveniya) ikinci, təmsilçimiz Rauf Məmmədov üçüncü olub. Yer tutanlara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təqdim ediblər.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı qüvvələrini sınayıblar.


201 oxunub

InvestAZ