"Pirelli" yeni mövsümün təkərlərini nümayiş etdirib - FOTO
İdman 13:13 / 10.12.2025
Məşhur təkər istehsalçısı olan "Pirelli" 2026-cı il mövsümündə Formula 1 Dünya Çempionatında istifadə ediləcək təkərləri rəsmi olaraq təqdim edib. Şirkətin mətbuat xidmətinin məlumatına görə, təqdimat Əbu-Dabidəki "Yas Marin" trekində keçirilib.
Məlumatda bildirilir ki, yaş və orta səviyyəli təkərlərin protektor modelləri 2025-ci ildəki kimi qalıb. Ən son texniki qaydalara uyğun olaraq hazırlanmış yeni avtomobillərə uyğunlaşmaq üçün təkərlərin ölçüsü bir qədər azaldılıb. Təkərin diametri 18 düym olaraq eyni qalacaq, lakin protektorun eni öndə 25 mm, arxada isə 30 mm azaldılıb.
Yeni təkərlər ilk dəfə gələn il yanvarın 26-dan 30-dək Barselonada keçiriləcək sınaqlarda yeni avtomobilləri bəzəyəcək.
211 oxunub