Astarada "Səyyar sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib
Astaranın Dənizkənarı Park Bulvar Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Səyyar sağlam həyat” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib. Tədbir rayon sakinləri tərəfindən maraqla qarşılanıb. Kompleksdə səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman həvəskarları müxtəlif idman növləri üzrə, qaçış, turnikdə dartınma, qolların açılıb bükülməsi, tibbi topu atmaq, yerindən təkanla tullanmaq və s idman normativlərini yerinə yetiriblər.
6 nəfər 65 yaşlı rayon sakinin də qatıldığı tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
198 oxunub